Operativ Məlumat Mərkəzi

Sabah bu ərazilərdə SU KƏSİLƏCƏK

1 dəq
Paylaş:
Sabah bu ərazilərdə SU KƏSİLƏCƏK

Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, su anbarından çıxan xəttin üzərinə sayğacın quraşdırılması səbəbilə sentyabrın 26-sı saat 06:00-dan 20:00-a qədər təmir işləri aparılacaq.

İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi istiqamətində prosedurlara başlanılacaq.

Qurum narahatlığa görə abonentlərdən üzr istəyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər