Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək, leysan və sulu qar yağacaq

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək, leysan və sulu qar yağacaq
01.06.2024 13:20
Aa
dəq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-13° isti, gündüz 13-18° isti olacaq.

Həftənin ən çox oxunanları

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib
DAVAMIN OXU davamın oxu

“Leysan, dolu, qar…” - Sabah ilə bağlı XƏBƏRDARLIQ

“Leysan, dolu, qar…” - Sabah ilə bağlı XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sabah leysan YAĞACAQ - XƏBƏRDARLIQ

Sabah leysan YAĞACAQ - XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Şənbə günü yağış yağacaq - PROQNOZ

Şənbə günü yağış yağacaq - PROQNOZ
DAVAMIN OXU davamın oxu