Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyunu başa çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.
Qonaqların heyətində 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penaltidən Cenk Tosun fərqlənib.
Azərbaycan təmsilçində isə qolları 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov vurub. 41-ci dəqiqədə "Sabah"ın heyətində Coy Lens Mikels 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
18:49 ***
Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 44-cü dəqiqədə İstanbul təmsilçisi hesabı bərabərləşdirib - 2:2.
Umut Meraş özünün və komandasının ikinci qoluna imza atıb. 41-ci dəqiqədə "Sabah"ın heyətində Coy Lens Mikels penaltidən yararlana bilməyib.
Görüşdə ilk hissə başa çatıb.
18:09 ***
Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyunda erkən qollar vurulub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan təmsilçisi 5 dəqiqədə iki dəfə fərqlənib.
3 və 5-ci dəqiqələrdə Aleksey Kaşuk İstanbul klubunu məyus edib.
18:00 ***
Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında xeyriyyə oyunu başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 18:00-da start götürüb.
Matçı FIFA referisi Tural Qurbanov idarə edir.
Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.