Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq
03.08.2024 12:21
Aa
dəq

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

Həftənin ən çox oxunanları

Şənbə günü yağış yağacaq - PROQNOZ

Şənbə günü yağış yağacaq - PROQNOZ
DAVAMIN OXU davamın oxu

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq
DAVAMIN OXU davamın oxu

Leysan yağıb, güclü külək əsib - FAKTİKİ HAVA

Leysan yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sabah bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək

Sabah bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək
DAVAMIN OXU davamın oxu

Rayonlarda qeyri-sabit hava şəraiti sentyabrın 21-dək davam edəcək

Rayonlarda qeyri-sabit hava şəraiti sentyabrın 21-dək davam edəcək
DAVAMIN OXU davamın oxu