Əsas məzmuna keç

Sabah arabir yağış yağacaq, külək əsəcək

Sabah arabir yağış yağacaq, külək əsəcək

bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz...

Sabah Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə arabir yağış yağacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, şimal-qərb əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli, axşamdan isə bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-4° isti olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…