Əsas məzmuna keç

Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

Sinoptiklərin proqnozuna görə, Bakı və Abşeron yarımadasında anomal hava şəraiti müşahidə ediləcək. Temperaturun yüksəlməsi ilə bağlı hansı tədbirlər görülməlidir?

en ru

Azərbaycanda iyulun 14-də 39 dərəcə isti olacaq.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi ərazilərdə qısamüddətli yağacağı, çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-18° isti, gündüz 24-29° isti olacaq.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…