Əsas məzmuna keç

Sabah 23 dərəcə isti olacaq

Sabah 23 dərəcə isti olacaq

Paytaxtda və bölgələrdə hava şəraiti dəyişir. Milli Hidrometeorologiya Xidməti hərarətin yüksələcəyini açıqladı. Bəs yağış yağacaq? Ən son proqnozu təqdim edirik.

en ru

Azərbaycanda mayın 7-də 23 dərəcə isti gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…