Saatlı Peşə Liseyinin direktoru 87 min manat mənimsəmədə ittiham olunur

Saatlı Peşə Liseyinin direktoru 87 min manat mənimsəmədə ittiham olunur
04.05.2023 16:37
Aa
dəq

Saatlı Peşə Liseyinin sabiq direktoru Elxan Əzizəliyev və baş mühasib İdayət Rüstəmovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, istintaq zamanı Elxan Əzizəliyevin İdayət Rüstəmovla cinayətkar əlaqəyə girib vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsinin əməkdaşları və digər şəxslərin adlarına açılmış bank kartı hesablarına dövlət vəsaitlərini köçürməklə, həmçinin müəssisənin balansında olan avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması üçün saxta əməliyyatlar icra etməklə 79 min manatdan artıq dövlət vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İdayət Rüstəmovun 6 nəfər vətəndaşı sözügedən quruma işə düzəltmək adı ilə aldadaraq ümumilikdə 8 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə, bununla da onları vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Elxan Əzizəliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 314.1-ci (səhlənkarlıq), İdayət Rüstəmova isə həmin Məcəllənin 178.2.2, 178.2.3 (təkrarən və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4, 312.2 (vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etmə) və digər maddələri ilə yekun ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həftənin ən çox oxunanları

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir
DAVAMIN OXU davamın oxu

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib
DAVAMIN OXU davamın oxu

Axtarışda olan şəxs hava limanında saxlanılıb

Axtarışda olan şəxs hava limanında saxlanılıb
DAVAMIN OXU davamın oxu

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb
DAVAMIN OXU davamın oxu