Rüşvət almaqda ittiham edilən sabiq rektor Nurlana Əliyeva ölkədən qaçıb

Rüşvət almaqda ittiham edilən sabiq rektor Nurlana Əliyeva ölkədən qaçıb
20.02.2023 12:05
Aa
dəq

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

"Operativ Məlumat Mərkəzi - OMM" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə barəsində məcburi məhkəməyə gətirilmə qərarı qəbul olunmuş Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevanın ölkədə olmadığı elan olunub.

Məlum olub ki, Nurlana Əliyeva məcburi gətirilmə ilə bağlı vəsatət müzakirə olunan vaxt ölkədən gedib.

Hakim Əli Məmmədov deyib ki, aidiyyatı orqanlar vasitəsilə Nurlana Əliyevanın ölkə sərhədlərinə daxil olmadığı barədə məlumat alıb. Onun hazırda Türkiyənin Ankara şəhərində olduğu bildirilir.

Məhkəmə Nurlana Əliyeva barəsində yanvarın 18-də keçirilən iclasda qəbul olunan qərarı qüvvədə saxlayıb. O, ölkəyə daxil olan kimi polis vasitəsilə məhkəməyə gətiriləcək.

Bundan başqa, cinayət işində adı keçən, əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işləmiş Fərahilə Babayeva-Şükürovanın da məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul olunub.

Proses martın 6-da davam etdiriləcək.

Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.

Həftənin ən çox oxunanları

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək
DAVAMIN OXU davamın oxu