“Rusiya İran ətrafındakı vəziyyətlə bağlı bütün tərəflərdən təmkin və sülh yolu ilə həll yolu gözləmək istəyir”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov bildirib ki, Rusiya gərginliyin azaldılması üçün səylərini davam etdirir.
"Əlbəttə ki, bu halda bütün maraqlı tərəflərin təmkinli davranmasını və təcili görünən məsələlərin həlli üçün yalnız dinc danışıqlara diqqət yetirməsini gözləyirik".