Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya Ukraynanın liman və hərbi logistika obyektlərinə zərbələr endirdi

2 dəq
Paylaş:
Rusiya Ukraynanın liman və hərbi logistika obyektlərinə zərbələr endirdi

Rusiya ordusu Ukraynanın hərbi üçün istifadə etdiyi liman və logistika obyektlərinə endirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Odessa limanında patrul kateri və yanacaq anbarları, İzmail limanında isə hərbi yüklərin daşınması üçün istifadə olunan infrastruktur hədəfə alınıb.

Rusiya tərəfi həmçinin İzmail limanında Qərb istehsalı silahların saxlandığı anqarların və pilotsuz dəniz vasitələrinin yerləşdirildiyi anbarların məhv edildiyini bildirib.

Məlumata görə, hücumlar Odessa şəhərindəki “” logistika mərkəzinə və Dnepropetrovsk vilayətində pilotsuz uçuş aparatlarının saxlanıldığı anbara da yönəlib.

Rusiya zərbələrin ordusunun hərbi təchizat və logistika imkanlarını zəiflətmək məqsədi daşıdığını açıqlayıb.

Qeyd edək ki, son günlər Rusiya Ukraynanın Odessa və İzmail limanlarına qarşı hücumları intensivləşdirib. İzmail limanına avqustun 13-də endirilən zərbə nəticəsində liman infrastrukturuna ziyan dəyib və yanğın baş verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax