Sabah Bakıdakı “Abşeron” dəmiryolu stansiyasına çatdırılacaq Rusiyanın Fövqəladə Hallar Nazirliyinin humanitar yardımı İran tərəfinə təhvil veriləcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, yardım 300 tondan çox dərman vasitələrindən ibarətdir. Təhvil alınacaq humanitar yardım yük maşınları vasitəsilə İrana aparılacaq.