Rusiya, Çin və İran yaxın vaxtlarda Hörmüz boğazında keçiriləcək birgə hərbi təlimlərdə iştirak etmək üçün gəmilər göndəriblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Rusiya, Çin və İranın gəmilər göndərdiyi Hörmüz boğazındakı "Təhlükəsizlik ZonasI 2026" hərbi təlimləri təxirəsalınmaz xarakter daşıyır.
Bundan əvvəl İranın Tasnim agentliyi xəbər vermişdi ki, İran, Rusiya və Çin fevralın sonunda Hind okeanının şimal hissəsində “Təhlükəsizlik Zonası” adlı səkkizinci birgə dəniz təlimlərini keçirəcəklər.
Təlimlərdə İran Hərbi Dəniz Qüvvələrinin, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin, eləcə də Çin və Rusiya donanmalarının gəmiləri iştirak edəcək.
“Təhlükəsizlik Zonası” adlı hərbi-dəniz təlimləri 2019-cu ildən İran Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə keçirilir. Bu təlimlər qlobal dəniz ticarətinin təhlükəsizliyinin gücləndirilməsinə yönəlib. Üç ölkənin hərbi-dəniz qüvvələrinin birgə əməliyyatlarına piratçılıqla mübarizə, dəniz terrorizminin qarşısının alınması və xilasetmə əməliyyatları daxildir.
Fevralın 16-da İran Yaxın Şərqdə artan gərginlik və ABŞ-nin bölgədə hərbi mövcudluğunun güclənməsi fonunda “Hörmüz boğazına Ağıllı Nəzarət” adlı hərbi-dəniz təlimləri də keçirib.