Rusiyada əyləci sıradan çıxan trolleybusun qarşıdakı trolleybusa çırpılması nəticəsində 1 nəfər ölüb, 109 nəfər xəsarət alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, sürətlənən kimi trolleybus əyləci buraxaraq sağa-sola yellənməyə başlayıb və bir müddət sonra idarəetmədən çıxıb və qarşıda gedən trolleybusun üzərinə çırpılıb. Rəsmilər trolleybusun 23 yaşlı sürücüsü də xəstəxanada müalicə olunduğunu və vəziyyətin ağır olduğunu bildirib.
Qəzadan sonra nəqliyyata bağlanan Loqovaya şossesi trolleybusların geri çəkilməsi ilə yenidən açılıb. Qəza ilə bağlı rayon prokurorluğu araşdırmalara başlayıb.
Rusiyada trolleybus qəzaya uğrayıb, ölən var
1 dəq