Operativ Məlumat Mərkəzi

Rusiya XİN: “Fransa Ermənistan və Azərbaycan arasında vasitəçi ola bilməz”

1 dəq
Paylaş:
Rusiya XİN: “Fransa Ermənistan və Azərbaycan arasında vasitəçi ola bilməz”
bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə deyib. O bildirib ki, rəsmi Bakı və İrəvan arasında...

“Fransa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, rəsmi Bakı və İrəvan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun dağılmasında Parisin də rolu olub: “Fransanın göstəriş xətrinə atdığı addımlar tərəflərə kömək etmir. Paris sadəcə Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və öz məqsədlərinə çatmağa çalışır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər