Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqramda yazıb.
O bildirib ki, nazirlər Moskva və İrəvan arasında danışıqların istiqamətni müəyyənləşdiriblər. Lakin XİN rəsmisi bu istiqamətlərin nədən ibarət olduğunu açıqlamayıb.