Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 483 ukraynalı uşaq öldürülüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib.
O qeyd edib ki, Rusiya daha minə yaxın uşağı şikəst edib.
"Rusiyanın təcavüzü və terroru 15 aydır ki, təkcə binaları dağıdmır. İnsan haqlarını və uşaqlarımızı məhv edir. Rusiya ən azı 483 ukraynalı uşağı öldürüb".