Operativ Məlumat Mərkəzi

Rusiya Qərbi ittiham edib

2 dəq
Paylaş:
Rusiya Qərbi ittiham edib
bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O, həmçinin Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini kobudluq kimi...

“Ermənistan-Azərbaycan münaqişəsinin həlli Rusiyanın sülh təşəbbüsləri ilə həyata keçəcək”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, həmçinin Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini kobudluq kimi qiymətləndirib: “Bu cəhdlər münaqişənin həllinə deyil, tamam başqa məqsədlərə hesablanıb. İndi Qərb daha da fəallaşıb”.

Rusiya XİN sözçüsü xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişələrin həlli ilə bağlı uğurlu nümunələr yoxdur və Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artır: "Heç kim deyə bilməz ki, harasa kollektiv Qərbin ayağı, əli və ya düşüncəsi gəlib və ora daha yaxşı hala gəlib".

Bu xəbəri paylaş

Oxşar xəbərlər