Rusiya donanması Qara dənizdə hərbi təlimlər həyata keçirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, təlimlər Rusiyanın taxıl sazişində iştirakını dayandırmasından sonra Qara dənizi gəmiçilik üçün təhlükəki ərazi elan etdiyi ərəfəyə təsadüf edib.
Rəsmi Moskva sözügedən dənizdə silah daşıyan istənilən gəminin Ukraynaya tərəfdaş ölkə kimi qəbul ediləcəyini və bununla bağlı müvafiq tədbirlərin görüləcəyi ilə bağlı xəbərdarlıq edib.
Hərbi manevrlər zamanı Qara dənizin şimal qərb hissəsində təlim məqsədilə qoyulan hədəflər gəmi əleyhinə raketlər vasitəsilə məhv edilib.
Xatırladaq ki, Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri tərəfindən keçən il iyulun 22-də imzalanan taxıl sazişinin müddəti 4 gün əvvəl başa çatıb.