Rusiyanın Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, Rusiya İsrailin Suriya ərazisinə hücumlarına qarşıdır, çünki o, ərəb tərəfini Yaxın Şərqdəki münaqişəyə cəlb edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Biz bilirik ki, İsrailin öz təbirincə desək, Suriya ərazisində iranyönlü qruplaşmaların obyektlərinə endirdiyi hava zərbələrinin sayı artıb. Biz problemin belə bir həllinə qəti şəkildə qarşıyıq, çünki bu, yalnız bir nəticəyə gətirib çıxaracaq. Gərginliyin artması. Biz Suriyanın regional münaqişəyə qarışmasını istəmirik və bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”,- deyə nümayəndə bildirib.