Moskva və Tehranın ticarət dövriyyəsi təxminən 5 milyard dollara çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə danışıqlar zamanı deyib.
O qeyd edib ki, yalnız 2022-ci ildə bu göstərici 20% artıb.
Putin bildirib ki, Avrasiya İqtisadi Birliyi və İran arasında azad ticarət zonasının yaradılması haqqında Sazişin imzalanması dekabrın son günlərinə planlaşdırılır.