Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiya ordusunun Ukraynaya raket və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlarda 12 nəfərin öldüyünü, 60-dan çox insanın isə yaralandığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Klimenko Telegram hesabındakı paylaşımında rusların bu gecə ölkəsinə raket və PUA ilə hücum etdiyini xatırladıb.
Rusiyanın 13 bölgədə hücumlara başladığını qeyd edən Klimenko bildirib:
"Mülki vətəndaşların evləri hədəfə alındı. 80-dən çox yaşayış məntəqəsinə ziyan dəydi. 3-ü uşaq olmaqla 12 nəfər ölüb, 60-dan çox adam isə yaralanıb".
Klimenko qeyd edib ki, ölkənin müxtəlif bölgələrində axtarış-xilasetmə işləri davam edir.