Rusiya Donetsk vilayətinin daha bir kənddə nəzarəti ələ keçirib

Rusiya Donetsk vilayətinin daha bir kənddə nəzarəti ələ keçirib
10.04.2024 09:21
Aa
dəq

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Yasynuvata rayonunun Pervomayske kəndinə nəzarəti ələ keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə region rəhbərliyinin müşaviri Yan Qagin “RİA Novosti”yə açıqlayıb.

Ərazinin geolokasiyasına əsasən, video Pervomayskenin qərb ucqarında çəkilib. Çəkilişin nə vaxt aparıldığı aydın deyil.

Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan “Deep State” teleqram kanalı Rusiya hərbçilərinin Pervomayskenin qərb kənarını ələ keçirərək kəndi tamamilə işğal etdiyini təsdiqləyib.

Rusiya Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı kəndin ələ keçirilməsi ilə bağlı məlumatı şərh etməyiblər.

Qeyd edək ki, Pervomayske fevral ayında Rusiya qoşunlarının ələ keçirdiyi Avdiivkadan 10 kilometr cənub-qərbdə yerləşir. Savaşdan qabaq iki mindən çox insanın yaşadığı kənd uğrunda döyüşlər 2022-ci ilin avqust ayından davam edirdi.

Həftənin ən çox oxunanları

İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb

İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Seysmoloq İstanbulda 7,6 bal gücündə zəlzələ olacağını proqnozlaşdırıb

Seysmoloq İstanbulda 7,6 bal gücündə zəlzələ olacağını proqnozlaşdırıb
DAVAMIN OXU davamın oxu

İran Hörmüz boğazında saxlanılan gəminin heyətini azad edəcək

İran Hörmüz boğazında saxlanılan gəminin heyətini azad edəcək
DAVAMIN OXU davamın oxu

Ərdoğan Niderland Baş naziri ilə görüşüb

Ərdoğan Niderland Baş naziri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

İstanbulda terror aktı törədən Suriya vətəndaşı 1794 il azadlıqdan məhrum edilib

İstanbulda terror aktı törədən Suriya vətəndaşı 1794 il azadlıqdan məhrum edilib
DAVAMIN OXU davamın oxu