Rusiya Silahlı Qüvvələri Donetskdə Pervomaiskoye yaşayış məntəqəsini ələ keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, həmin istiqamətdə döyüşlər davam edir.
Vurğulanıb ki, Ukrayna ordusunun 8 əks hücumu dəf edilib.