Rumıniya gələn iki ildə 1 mlrd. kubmetrədək Azərbaycan qazı alacaq

Rumıniya gələn iki ildə 1 mlrd. kubmetrədək Azərbaycan qazı alacaq
03.02.2023 14:51
Aa
dəq

Bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və “Romgaz S.A.” arasında imzalanan sənədlərin davamı hesab olunur.

İki ölkə arasında enerji sahəsində əlaqələrin hüquqi bazasının formalaşmasını təmin edən sənədlər Azərbaycan qazının ixrac coğrafiyasını genişləndirməklə yanaşı, ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyinə və “yaşıl enerji” strategiyasına mühüm töhfə verəcək.

Həftənin ən çox oxunanları