Ruandanın qərb və şimal əyalətlərində dünəndən bəri təsirli olan şiddətli yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 129-a yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə axtarış-xilasetmə işləri davam edərkən, daşqın və torpaq sürüşmələri çoxlu evləri uçurub, kənd təsərrüfatı sahələrinə ziyan vurub
Ölkədə son dövrlərin ən böyük fəlakətlərindən biri olduğu ifadə edilən sel və torpaq sürüşmələrində 129 nəfər həyatını itirib.