Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya ordusu Zaporojye və Sumı vilayətlərində yeni əraziləri nəzarətə götürüb

2 dəq
Paylaş:
Rusiya ordusu Zaporojye və Sumı vilayətlərində yeni əraziləri nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynanın və Sumı vilayətlərində iki məntəqəsini nəzarətə götürüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir.

Məlumata əsasən, "Vostok" qoşun qruplaşmasının bölmələri Zaporojye vilayətində kəndini tam nəzarətə götürüb.

Eyni zamanda, "Sever" qoşun qruplaşmasının bölmələrinin Sumı vilayətinin Xarkovka yaşayış məntəqəsində möhkəmləndiyi qeyd olunur.

Rusiya tərəfi həmçinin bildirir ki, Ukrayna ordusu mütəmadi olaraq PUA-lar və digər vasitələrlə Rusiyanın sərhədyanı bölgələrini, xüsusilə Belqorod, Bryansk, KurskVoronej vilayətlərini atəşə tutur.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Vladimir Putin bu addımın məqsədini Donbas sakinlərinin müdafiəsi, habelə Ukraynanın silahsızlaşdırılması kimi qiymətləndirib. Buna cavab olaraq Qərb dövlətləri Rusiyaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax