Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya Kiyevi atəşə tutdu: Çoxsaylı ölən və yaralananlar var

2 dəq
Paylaş:
Rusiya Kiyevi atəşə tutdu: Çoxsaylı ölən və yaralananlar var

Kiyevə kütləvi hava zərbələri endirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rusiya ordusu ötən gecə Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları və raketlərlə genişmiqyaslı hücum həyata keçirib.

Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) məlumatına görə, zərbələr nəticəsində yaşayış binalarına ciddi ziyan dəyib, bir neçə ərazidə yanğın baş verib. Hadisə zamanı 13 nəfər həlak olub, 34 nəfər isə dağıntılar altından xilas edilib. Kiyev meri Vitali Kliçko yaralıların sayının 86-ya çatdığını açıqlayıb.

Məlumata görə, hücum zamanı İrlandiyanın paytaxtı Dublində rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski səfərini yarımçıq dayandıraraq ölkəsinə qayıdıb. Bildirilir ki, o, tədbirlərinin gücləndirilməsi ilə bağlı göstəriş verib.

Rusiya isə hücumu təsdiqləyərək bunun Ukraynanın Rusiya ərazisində mülki infrastruktura qarşı həyata keçirdiyi hücumlara cavab olduğunu bəyan edib. Nazirliyin açıqlamasına görə, Kiyev ətrafındakı hərbi və enerji obyektləri, eləcə də Poltava və Dnepropetrovsk vilayətlərində hərbi aerodromlar hədəfə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax