"Sabah" avrokuboklardakı debüt oyununda qələbə qazanıb - YENİLƏNİB

"Sabah" avrokuboklardakı debüt oyununda qələbə qazanıb - YENİLƏNİB
26.07.2023 21:58
Aa
dəq

"Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Latviyada RFŞ-in qonağı olub.

Yurmala şəhərindəki "Sloka" stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını 22-ci dəqiqədə Boyan Letiç, 55-ci dəqiqədə isə Davit Volkov vurub.

Beləliklə, Azərbaycan klubu avrokuboklardakı debüt matçından qalibiyyətlə ayrılıb. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Bakıda olacaq. Cütün qalibi III təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə üz-üzə gələcək.

20:06 ***

Latviyada RFŞ və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Yurmala şəhərindəki "Sloka" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Görüşü Yan Maxalekin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu