Operativ Məlumat Mərkəzi

Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb

2 dəq
Paylaş:
Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb
Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, buna...

Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, buna səbəb mədəniyyət nazirinin dəyişməsi olub.

R.Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev “Report”a açıqlamasında bildirib ki, evdə təmir bərpa işlərinə hələ də başlanılmayıb: “Heç vəsait də ayrılmayıb. Mədəniyyət naziri də dəyişdi. Köhnə nazir, Anar Kərimov bir şey etmədi. Gərək təzə nazir, Adil Kərimli ilə danışam”.

Qeyd edək ki, 2022-ci il iyunun 23-də Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Sabiq mədəniyyət naziri Anar Kərimov ötən ilin sentyabr ayında Rəsul Rzanın ev-muzeyini ziyarət etmişdi. Ziyarət çərçivəsində ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə Xalq şairinin ailə üzvləri ilə müzakirələr və fikir mübadiləsi aparılmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər