Operativ Məlumat Mərkəzi

Respublika Stadionunun ot örtüyü yenilənir

2 dəq
Paylaş:
Respublika Stadionunun ot örtüyü yenilənir
Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir. Gənclər və İdman Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə,...

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir.

Gənclər və İdman Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, buna səbəb hazırda ot örtüyünün istismara yararsız olmasıdır.

Bildirilib ki, meydançaya xidmət göstərilməsi mütəmadi olaraq müasir standartlara uyğun aparılır: "Lakin stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə əsaslı şəkildə 2012-ci ildə yenilənib. Beynəlxalq təcrübədə bu tip yenilənmələr 5-6 ildən bir aparılır. Uzunmüddətli istifadədən sonra, stadionun ot örtüyünün yenilənməsinə ehtiyac var idi. Buna görə də “Sabah" - “Beşikdaş” yoldaşlıq oyunundan sonra stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılıb".

Meydançanın tam bərpa edildikdən sonra, avqustun ortalarında istifadəyə verilməsi nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər