Operativ Məlumat Mərkəzi

Rəsmi Moskva: Ermənistanla Azərbaycana sərhədlərin müəyyənləşməsində kömək etməyə hazırıq

1 dəq
Paylaş:
Rəsmi Moskva: Ermənistanla Azərbaycana sərhədlərin müəyyənləşməsində kömək etməyə hazırıq
bu barədə nazirliyin sözçüsü Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib. "Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və qarşılıqlı iddialar...

Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvana Cənubi Qafqazdakı gərginliyi azaltmaqla bağlı çağırış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.

"Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və qarşılıqlı iddialar siyasi və diplomatik üsullarla həll edilməlidir. Regionda davamlı sülh və rifahın bərqərar olması üçün zəruri mexanizmlər, o cümlədən Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılıqlar var".

M.Zaxarova qeyd edib ki, Moskva regional problemlərinin həllinin tapılmasında, o cümlədən sərhədlərin müəyyən edilməsində kömək etməyə həmişə hazırdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər