Əsas məzmuna keç

RƏSMİ: Güclü külək gəlir, sarı və narıncı xəbərdarlıq verildi

RƏSMİ: Güclü külək gəlir, sarı və narıncı xəbərdarlıq verildi

Milli Hidrometeorologiya Xidməti aprelin 12-13-də Bakı, Abşeron və rayonlarda sərt hava anonsu etdi. Şimal-qərb rüzgarının sürəti 28 m/s-dək artacaq. Ətraflı:

en ru

Aprelin 12-13-də Bakıda və yarımadasında, eləcə də ölkənin bir çox bölgələrində gözlənilən güclü küləkli ilə əlaqədar sarı və narıncı xəbərdarlıq elan edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə rəsmi məlumatı Milli Hidrometeorologiya Xidməti verib.

Məlumata görə, sarı xəbərdarlıq tətbiq edilən bölgələrdə (Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Yevlax, Bərdə, Tərtər, Biləsuvar, Neftçala, Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Hacıqabul, Qobustan) şimal-qərb küləyi əsəcək. Bu ərazilərdə küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Daha təhlükəli hava şəraiti isə narıncı xəbərdarlıq verilən ərazilərdə gözlənilir. Bakıda və Abşeron yarımadasında, həmçinin Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir və Qusarda şimal-qərb küləyinin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…