Rəsmi Bakı Kanadaya cavab verib

Rəsmi Bakı Kanadaya cavab verib
23.09.2024 01:33
Aa
dəq

Azərbaycan Kanadanın xarici işlər naziri Melani Jolinin “Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan” bəyanatını pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Kanada xarici işlər nazirinin bəyanatına dair şərhində bildirilib.

"Kanadanın xarici işlər naziri Melani Jolinin 22 sentyabrın tarixində verdiyi bəyanatı qətiyyətlə pisləyir və tamamilə rədd edirik", – şərhdə vurğulanıb.

Bildirilib ki, Kanadanın baş diplomatı "beynəlxalq hüququn norma və prinsipləri əsasında 4 il əvvəl Ermənistanla Azərbaycan arasında münaqişənin bitdiyi regionumuzdakı reallıqlarla tanış olmaq əvəzinə, növbəti dəfə manipulyasiya və faktları təhrif etməklə məşğuldur":

"O həmçinin 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna və onun ərazimizdə dəstək verib saxladığı separatçı rejimə son qoyulduğu Qarabağ bölgəsi üzərində Azərbaycanın suverenliyinin tam bərpa olunması faktından da xəbərsizdir".

Ayxan Hacızadənin sözlərinə görə, Jolinin "Qarabağ bölgəsi ilə bağlı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan, separatizmi dəstəkləyən iddiaları Kanadanın xarici siyasətinin nə qədər “dahi” və “uzaqgörən” olduğunu" göstərir.

"Təəssüflər olsun ki, Kanada rəsmiləri Ermənistanın 30 ilə yaxın hərbi təcavüzü zamanı azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə, qırğınlar və bəşəriyyətə qarşı cinayətlər barədə susmaqla yanaşı, Azərbaycanın öz suveren ərazilərində heç bir mülki şəxsi hədəf almadan həyata keçirdiyi antiterror tədbirləri barədə erməni diasporu tərəfindən təbliğ olunan yalan rəvayətlər yayırlar", – XİN-in mətbuat katibi bildirib.

Kanadalı diplomatın Qarabağdan olan "1 milyona yaxın məcburi köçkünün və Ermənistandan zorla deportasiya edilmiş şəxslərin vəziyyətinə və ayrılmaz hüquqlarına heç vaxt dəstək və maraq göstərmədiyini" xatırladan XİN rəsmisi "regionda humanitar böhranla bağlı iddiaların Kanadanın Azərbaycana qarşı açıq qərəzli mövqeyinin göstəricisi" olduğuna diqqət çəkib:

"Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur".

"Bir daha bildiririk ki, bu cür təxribatçı və qərəzli bəyanatlar regionun beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneədən başqa bir şey deyil", – o əlavə edib.

Həftənin ən çox oxunanları

Azərbaycan və Belarus baş nazirləri Minskdə görüşüb, bir sıra sənədlər imzalanıb

Azərbaycan və Belarus baş nazirləri Minskdə görüşüb, bir sıra sənədlər imzalanıb
DAVAMIN OXU davamın oxu

TDT Baş katibi: Şuşa Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmsil edir

TDT Baş katibi: Şuşa Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmsil edir
DAVAMIN OXU davamın oxu

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir
DAVAMIN OXU davamın oxu

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıda səfərdədir

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıda səfərdədir
DAVAMIN OXU davamın oxu

Hakan Fidan: TDT çərçivəsində ümumi hədəflərə doğru addımlar atılır

Hakan Fidan: TDT çərçivəsində ümumi hədəflərə doğru addımlar atılır
DAVAMIN OXU davamın oxu