İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbərinin beynəlxalq danışıqların başlanması ilə bağlı qərarını dəstəkləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" İRNA agentliyə istinadən xəbər verir ki, o, bu addımın İran xalqının mənafelərinin təmin edilməsi istiqamətində atıldığını vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, rəsmi Tehranın əsas hədəfi ölkənin hüquqlarını qorumaq və beynəlxalq arenada İranın mövqeyini möhkəmləndirməkdir.
Bu çərçivədə Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) danışıqlar prosesini həyata keçirmək üçün bütün lazımi tədbirləri görəcək.
Pezeşkianın sözlərinə görə, hökumət və müvafiq qurumlar danışıqlar zamanı İranın milli maraqlarına zidd heç bir addımın atılmasına imkan verməyəcək. Prosesin şəffaflığı və ölkənin strateji hədəflərinə uyğunluğu prioritet məsələ olaraq qalır.