“Rəqibimiz qələbəyə çox layiq idi” – Rouz

“Rəqibimiz qələbəyə çox layiq idi” – Rouz
15.03.2023 12:45
Aa
dəq

“Leyptsiq”in baş məşqçisi Marko Rouz UEFA Çempionlar Liqasının 1/8 finalının “Mançester Siti” ilə cavab matçından sonra (0:7) danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, Premyer Liqa klubunun qələbəyə layiq olduğunu bildirib:

“Məsuliyyəti öz üzərimə götürürəm. Oyuna heç cürə qoşula bilmədik. Rəqibimiz qələbəyə çox layiq idi. Cərimə meydançası daxilində müdafiəçilərimiz çox pis çıxış etdi. Bu da Çempionlar Liqasının 1/8 finalı! “Mançester Siti” ilk oyunun ikinci hissəsindən sonra bu matç da daxil güclü pressinq edirdi. Bu, gözləmədiyimiz məqam idi”.

Rouz matçda penta-trik edən (beş qol) Erlinq Haland barədə xoş sözlər deyib:

“Halandın nə qədər yaxşı oyunçu olduğunu bilirəm. Onun güclü tərəfləri haqda da məlumatlıyam. O, hədəfə doğru irəliləyirsə, dəqiq nişan almağı bacarır. Bu gün norveçli dörd qol vurdu. Yox, yox, hətta beş!”

İki oyunun nəticəsinə əsasən, Bundesliqa təmsilçisi “şəhərlilər”ə 1:8 hesabı ilə məğlub olub və turnirlə vidalaşıb.

Həftənin ən çox oxunanları

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb
DAVAMIN OXU davamın oxu

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu