Əsas məzmuna keç

Rəfiqə Şabanova Fəxri Fərmanla təltif edilib

Rəfiqə Şabanova Fəxri Fərmanla təltif edilib

Azərbaycanın tanınmış həndbolçusu Rəfiqə Şabanova Fəxri Fərmanla təltif edilib. Azərbaycan Həndbol Federasiyasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Azərbaycanın tanınmış həndbolçusu Rəfiqə Şabanova Fərmanla təltif edilib.

Federasiyasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, olimpiya çempionu 80 yaşının tamam olması münasibətilə qurumun prezidenti, Azərbaycan Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovla görüşdə buna layiq görülüb.

S.Məmmədov yubilyara xoş sözlərini çatdırıb, ona can sağlığı arzulayıb. Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, Rəfiqə Şabanova SSRİ millisinin heyətində 1976-cı ildə keçirilən Monreal Olimpiadasının qızıl medalına yiyələnib. O, 1983-cü ildə Beynəlxalq Həndbol Federasiyası Kubokunu qazanıb. Dəfələrlə SSRİ çempionatının və bürünc mükafatçısı olan R.Şabanova SSRİ Xalqlarının Spartakiadasının gümüş medallarını da qazanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…