"Real Madrid" rəhbərliyi yay transfer pəncərəsində komandanın müdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Kral klubu" ən azı üç yeni müdafiəçi ilə müqavilə imzalamağı planlaşdırır.
Bu addım rəhbərliyin transfer bazarındakı əsas hədəfi kimi müəyyənləşdirilib. Yeni mövsümdə komandanı kimin çalışdıracağı hələlik dəqiq olmasa da, heyətdə ciddi dəyişikliklərin aparılacağı artıq qətiləşib.
Hazırda Madrid təmsilçisi La Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider "Barselona"dan 11 xal geri qalır.
Çox güman ki, komandanın hazırkı baş məşqçisi mövsümün sonunda vəzifəsini tərk edəcək.
Xatırladaq ki, "Real Madrid" mayın 3-də çempionatın 34-cü turu çərçivəsində səfərdə "Espanyol"la qarşılaşacaq.