"RB Leyptsiq"in vingeri Yan Diomande karyerasını "Real Madrid"də davam etdirməyə çox yaxındır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, Romano sosial şəbəkə hesabında futbolçunun təyyarədə çəkilmiş fotosunu paylaşaraq, Diomandenin və agentlik nümayəndələrinin son danışıqlar üçün Madridə yollandığını bildirib.
Bildirilib ki, "RB Leyptsiq" rəhbərliyi 19 yaşlı ivuarli futbolçuya transfer prosesini yekunlaşdırmaq üçün icazə verib. O, Madridə çatdıqdan sonra tibbi müayinədən keçəcək.
Qeyd olunur ki, tibbi baxış uğurla başa çatacağı təqdirdə, Yan Diomande ilə "Real Madrid" arasında altı illik rəsmi müqavilə imzalanacaq.