"Real" keçmiş futbolçusunu qaytara bilər

"Real" keçmiş futbolçusunu qaytara bilər
16.03.2024 17:13
Aa
dəq

"Real Madrid" klubu keçmiş futbolçusunu geri qaytara bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Todofichajes"ə istinadən xəbər verir ki, PSJ-nin mərakeşli müdafiəçisi Aşraf Hakimi yenidən "kral" klubuna keçə bilər.

Futbolçu Kilian Mbappe ilə birlikdə Madrid klubuna qayıda bilər.

Hakimi parislilərə klubda qalmaq istəmədiyini bildirib. Müdafiəçi yeni müqavilə imzalamaqdan imtina edib.

Onun hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədər nəzərdə tutulub.

Fransa çempionatının cari mövsümündə 25 yaşlı oyunçu 19 matç keçirib. Aşraf üç qol vurub və dörd asist edib.

Həftənin ən çox oxunanları