Dünya çempionatından sonra yay transfer bazarında ən səs-küylü keçidlərdən biri baş tuta bilər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İspaniyanın "Real Madrid" klubu "Bavariya"nın fransalı futbolçusu Maykl Oliseni transfer etmək istəyir. Məlumata görə, 24 yaşlı oyunçu yaxın vaxtlarda Münhen təmsilçisinin rəhbərliyinə Madrid klubuna keçmək istədiyini bildirəcək.
Jurnalist Santi Aunanın məlumatına əsasən, "Bavariya" futbolçunun transferi üçün ən azı 200 milyon avro tələb etməyi planlaşdırır.
Qeyd edək ki, "Transfermarkt" Maykl Olisenin bazar dəyərini 150 milyon avro qiymətləndirir. O, ötən mövsüm "Bavariya"nın heyətində keçirdiyi 52 rəsmi oyunda 22 qol vurub, 31 məhsuldar ötürmə edib.