Rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Rayonlarda yağış yağıb - FAKTİKİ HAVA
Hava
20.06.2023 21:58
Aa
dəq

İyunun 20-si axşam saatlarına olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Quba, Qusar, Yevlax, Tərtər, Yardımlı, Lənkəran və Astara rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, leysan yağışlar nəticəsində Göygöl rayonunun Sarısu kəndində Vegen çayından, Goranboy rayonu ərazisində yerləşən Gorançay və Göl qəsəbəsindən sel keçib. Axşam saat 16:10 radələrində Göygöl rayonuna xırdadənəli, Şərura saat 17:55, 17:58 radələrində diametri 5 mm olan dolu düşüb.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 22 m/s-yə çatıb.

Həftənin ən çox oxunanları