Operativ Məlumat Mərkəzi

Rayonlarda külək güclənəcək

1 dəq
Paylaş:
Rayonlarda külək güclənəcək
Azərbaycanın bəzi bölgələrində dekabrın 19-u gecə və səhər gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə "Operativ...

Azərbaycanın bəzi bölgələrində dekabrın 19-u gecə və səhər gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Qazax, Ağstafa, Goranboy, Mingəçevir, Samux, Ceyrançöl, Gəncə, Daşkəsən, Naftalan, Qusar, Şəki, Qax, Zaqatala, Qobustan, Kəlbəcər, Laçın, Qubadlı, Neftçalada fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər