Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ikitərəfli münasibətləri müzakirə ediblər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş aprelin 28-də Moskvada keçirilib.
"Görüşdə ikitərəfli münasibətlərin bəzi aktual məsələləri müzakirə olunub", - məlumatda qeyd olunub.