Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir. Şimal-qərb küləyi axşam saatlarında cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu:
- Gecə 16-18°, gündüz 22-27° isti olacaq.
- Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.
- Nisbi rütubət gecə 70-75%, gündüz 55-65% arasında dəyişəcək.
Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı keçəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağışın intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Yağıntı axşam saatlarında tədricən kəsiləcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək, qərb küləyi isə bəzi yerlərdə arabir güclənəcək.
Temperatur gecə 14-18°, gündüz 23-28° isti, dağlıq ərazilərdə isə gecə 4-9°, gündüz 12-17°, bəzi yerlərdə 20-23° isti olacaq.