Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İngiltərədə radio Kral III Çarlzın ölümü ilə bağlı yanlış anons yayımladı

2 dəq
Paylaş:
İngiltərədə radio Kral III Çarlzın ölümü ilə bağlı yanlış anons yayımladı

Böyük Britaniyanın “” radiostansiyasında Kral III Çarlzın vəfat etməsi barədə məlumat efirə verilib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, hadisə zamanı öncədən hazırlanmış səs faylı səhvən canlı yayıma qoşulub.

zamanı dinləyicilərə Kral III Çarlzın vəfat etdiyi və bununla əlaqədar normal yayımın ikinci bildirişə qədər dayandırıldığı bildirilib. Ardınca dövlət himni səsləndirilib və təxminən 16 dəqiqə ərzində efirdə sükut hökm sürüb.

Məlumata görə, Böyük Britaniyanın yayım tənzimləyicisi “Ofcom” tərəfindən aparılan araşdırma hadisənin studiya kompüterində baxış keçirən əməkdaşın ehtiyatsızlığı nəticəsində baş verdiyini müəyyən edib.

Bildirilir ki, əməkdaş maraq xatirinə əvvəlcədən qeydə alınmış səs fayllarından birini açıb və həmin faylın canlı efirə getdiyini fərq etməyib. Hadisənin ciddiliyini anlayan əməkdaşın panikaya düşərək studiyanı tərk etdiyi qeyd olunur.

Proqramın aparıcısı isə vəziyyətdən xəbər tutduqdan sonra efirdə üzr istəyərək yayılan məlumatın nəticəsində səsləndiyini və həqiqəti əks etdirmədiyini açıqlayıb.

“Ofcom” hadisəni tənqid edərək, xəbərlərin dəqiqliyi və qərəzsizliyi ilə bağlı qaydaların pozulduğunu bildirib. Tənzimləyici qurum xüsusilə ictimaiyyət üçün həssas olan belə bir məsələ ilə bağlı düzəlişin təxminən 30 dəqiqə gecikdirilməsinə diqqət çəkib.

“Radio Caroline” rəhbərliyi isə hadisə ilə bağlı daxili araşdırma aparıb. Rəhbərliyin açıqlamasına əsasən, sözügedən əməkdaşa xəbərdarlıq edilib və o, baş verənlərə görə üzr istəyib.

Gələcəkdə oxşar halların qarşısını almaq üçün həmin səs fayllarının kompüterlərdən silindiyi və bütün əməkdaşlara yayım prosedurlarının yenidən xatırladıldığı bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax