Təxminən 80 il əvvəl formalaşmış hazırkı maliyyə sisteminin arxitekturası köhnəlib və hər kəsin rifahını təhdid edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antonio Quterreş Münhen Təhlükəsizlik Konfransında çıxışında deyib.
O, mövcud maliyyə arxitekturasının müasir çağırışlara cavab vermədiyini vurğulayıb.
"Bu, qlobal təhlükəsizlik və rifah üçün riskləri artırır", - deyə Quterreş əlavə edib.
Baş katib həmçinin vurğulayıb ki, mövcud maliyyə sistemi koronavirus pandemiyasının nəticələrindən təsirlənməkdə davam edən ən həssas ölkələrə kifayət qədər dəstək vermir.
Bildirib ki, müasir qlobal iqtisadiyyata uyğunlaşmaq və xüsusilə borc içində olan inkişaf etməkdə olan ölkələr üçün əsl beynəlxalq təhlükəsizlik şəbəkəsi yaratmaq üçün beynəlxalq maliyyə arxitekturası əsaslı şəkildə yenidən qurulmalıdır.