Əsas məzmuna keç

Qubada bir neçə yolda yaranmış məhdudiyyətlər aradan qaldırılıb

Qubada bir neçə yolda yaranmış məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycanda ötən gün bəzi yerlərdə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qubada bir neçə avtomobil yolunda hərəkətdə yaranmış...

Azərbaycanda ötən gün bəzi yerlərdə müşahidə olunan qeyri-sabit nəticəsində Qubada bir neçə yolunda hərəkətdə məhdudiyyətlər aradan qaldıırlıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, intensiv yağıntılar nəticəsində sel sularının özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması ilə Çayqovuşan-Yerfi-Qayadalı və Çayqovuşan-Adur avtomobil yollarının bəzi hissələri yararsız hala düşüb, Yerfi kəndi ərazisində Babaçay çayı üzərində mövcud körpünün yanaşma hissəsi (təqribən 11-12 m uzunluqda) dağılıb.

Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Agentliyə məxsus “11 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…