Qoşulmama Hərəkatı Gənclər Təşkilatının bəyanatı səsləndirilib

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının bəyanatı səsləndirilib
02.03.2023 23:24
Aa
dəq

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) sədri Orduxan Qəhrəmanzadə Hərəkatın COVID-19-a Qarşı Mübarizə Üzrə Təmas Qrupunun Zirvə Görüşündə bəyanat səsləndirib və QHGT-nin fəaliyyəti ilə bağlı bir sıra məqamları vurğulayıb.

Gənclət Təşkilatından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bəyanatda bildirilib ki, 2022-ci il ərzində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı vətəndaşların sağlamlığının və rifahının, keyfiyyətli təhsilə çıxışın təmin edilməsi, insan hüquqlarının qorunması, iqlim dəyişikliyi və pandemiyanın yaratdığı problemlərin həlli istiqamətində Qoşulmama Hərəkatı Üzv Dövlətlərində davamlı inkişafın təmin edilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirib.

Qeyd edilib ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı gənclərin sülh və davamlı inkişaf sahəsində aktiv fəaliyyətinin təşviqi məqsədilə bir çox fəaliyyətlər təşkil edib:

"Sözügedən tədbirlərdə gənclərə QHGT yaranma tarixi, fəaliyyət prinsipləri, dəyərləri və strukturu haqqında ətraflı məlumat verilib. Qoşulmama Hərəkatı Gənclər Təşkilatı tərəfindən keçirilən layihələrdə gənclərin yerli və qlobal problemlərin həllində birgə fəaliyyəti təşviq olunub, COVID-19 pandemiyasından sonra gənclərin hərtərəfli inkişafının və dayanıqlı gələcəyin təmin edilməsi məqsədilə Qoşulmama Hərəkatına Üzv Dövlətlərlə əməkdaşlıq edilib".

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi tərəfindən ilk dəfə keçirilən Beynəlxalq Qoşulmama Hərəkatı Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 33 Milli Bölmə nəzdində 600-dən çox fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu