QHT rəhbəri: "Tərtərdəki mina partlayışı terror hadisəsidir"

QHT rəhbəri: "Tərtərdəki mina partlayışı terror hadisəsidir"
Qarabağ
29.04.2023 15:36
Aa
dəq

"Tərtərdəki mina partlayışı terror hadisəsidir və biz ermənilərin törətdiyi bu faciələri son günlər daha tez-tez yaşayırıq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Tərtərdə mina partlayışının baş verdiyi ərazidə jurnalistlərə açıqlamasında söyləyib.

Ötən gün mina partlayışı nəticəsində 3 nəfərin həyatını itirdiyini xatırladan U.Mirzəyev deyib ki, bu ərazilər dəhşətli dərəcədə minalarla çirkləndirilib: "Hadisənin detallarını görəndə adam dəhşətə gəlir. Bu ərazilər 30 il müddətində minalarla ən çox çirkləndirilən ərazilərdəndir. Keçmiş təmas xətti boyunca bütün ərazilərdə eyni problem yaşanır".

U.Mirzəyev son on gün ərzində üç mina hadisəsinin baş verdiyini xatırladıb. O söyləyib ki, bu ərazilərdə torpağın altı maksimum dərəcədə piyada və tank əleyhinə minalarla çirkləndirilib.

Həftənin ən çox oxunanları